reklam
» » Külli miqdarda narkotik qanunsuz dövriyyədən çıxarıldı - Polisdən əməliyyat

reklam

Külli miqdarda narkotik qanunsuz dövriyyədən çıxarıldı - Polisdən əməliyyat

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılmış, külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılmışdır.

DİN Mətbuat Xidmətindən DİA.AZ-a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında Binəqədi rayonu ərazisində keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Z.Əbdülqəlimov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 50 qram marixuana aşkar edilmişdir.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun yaşadığı evdən isə əlavə olaraq 320 qram marixuana götürülmüşdür.

Səbail RPİ 39-cu Polis Bölməsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş M.Şemyakindən 450 qram marixuana götürülmüşdür.

Neftçala RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində isə şəhər sakini, əvvəllər məhkum olunmuş F.Hüseynovdan 210 qram marixuana götürülmüşdür.

Hər üç faktla bağlı araşdırma aparılır.


Paylaş:


Müəllif : Tarix:
19-04-2019, 11:24
  


loading...
Загрузка...