reklam
» » Eldar Mahmudov onlara "torba tikmişdi"... - AÇIQLAMA

reklam

Eldar Mahmudov onlara "torba tikmişdi"... - AÇIQLAMA


"XİN əməkdaşlarına qarşı ittiham keçmiş Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Xidməti tərəfindən saxtalaşdırılıb.

Bunu "Report"a açıqlamasında XİN-in həbs edilən əməkdaşlarının məhkəmə zalından azadlığa buraxılmasına münasibət bildirən vəkil Kamandar Nəsibov deyib.

"Elton Xəlili 2018-ci ilin yanvarında həbs olunub. Ondan bir ay sonra, 2018-ci ilin fevral ayının sonunda XİN-in Viza şöbəsinin rəisi Anar Quliyev həbs edildi. İstintaq il ərzində davam etdi və dekabrın sonunda hər iki iş məhkəməyə verildi. 4-5 ay məhkəmə getdi. Bu gün hökm oxundu. İlkin ittiham Cinayət Məcəlləsinin onların hər biri üçün ağırlaşdırıcı hallarla 3 ildən 7 ilədək müddəti nəzərdə tutan 308-ci maddəsinin ikinci hissəsi üzrə irəli sürülmüşdü. Məhkəmə isə qərarı hər ikisinin əməlini maddənin ikinci hissəsindən birinci hissəsinə dəyişdirərək çıxarıb. Anar Quliyevi 1,2 il, Elton Xəlilini isə 1,3 il müddətinə məhkum ediblər. Onların nəzərdə tutulan cəzanı artıq çəkmələri ilə əlaqədar olaraq, istintaq təcridxanasında olan hər ikisi məhkəmə zalından azad olundu", - deyə Nəsirov bildirib.

Vəkil saxlanılan şəxslərin heç birinin müqəssir olmadığını bildirib.

"Vəkillər öz çıxışlarında qərara bəraət qazandırılmasını tələb ediblər. Bu bizim üçün hələ son deyil. Biz hesab edirik ki, saxlanılanların heç biri müqəssir deyil. Bu ittiham keçmiş MTN-in İstintaq Xidməti tərəfindən saxtalaşdırılmış bir iş idi. İstintaq zamanı zərərçəkənlər dindirilib, halbuki onlar istintaq orqanları tərəfindən qanuni olaraq zərərçəkmiş hesab edilməmişdilər. Onların zərərçəkən kimi tanınması üçün Cinayət Məcəlləsində müddəa yoxdur. Bu isə hüquqi əsas verir ki, onların heç biri faktiki olaraq zərərçəkmiş deyil. Lakin ittiham aktında onlar belə təqdim olunub. Dubaydan gələn guya zərər çəkmiş iki ərəbin dindirilməsi zamanı məlum olub ki, təhqiqatçılar onları təhdid ediblər. Dindirilmə protokolu və onların kirayə qaldığı mənzildə götürülən ifadə imzalanmadığı halda isə, onların ölkədən buraxılmayacağına dair təhdid olub. Hər iki ərəb dövlət təhlükəsizlik xidmətinin inzibati binasında dindirilib, baxmayaraq ki, həm onlar, həm də onları müşayiət edən qızlar bir ağızdan iddia edirdilər ki, belə bir şey olmayıb.

Bundan əlavə, elə həmin dindirilmə protokolunda onların sorğulanma tarixi saxtalaşdırılıb, halbuki sorğu-sual əslində olmayıb. Yanvarın 24-də ərəblər Bakıya gəliblər, həmin gün onların kirayə qaldığı mənzilə qəfil MTN-in əməkdaşları gəliblər və onları ifadə verməyə məcbur ediblər.

Halbuki onların heç biri XİN əməkdaşlarının heç bir hərəkətindən şikayətçi olmayıblar. Növbəti gün onlara 24, 25 və 26 tarixli hazır ifadələr gətiriblər və ölkədən buraxmayacaqları təhdidi ilə imzalamağa məcbur ediblər. Hadisə belə olub. Onlar məhkəmə iclası zalında konkret olaraq iddia edirdilər ki, biz heç kimdən şikayətçi deyilik, biz heç kimi çağırmamışıq, MTN-ə ifadə verməmişik və özümüzü zərərçəkmiş hesab etmirik.

Bundan başqa Elton Xəlili saxlanılan zaman şahidlərin hər ikisi bir ağızdan təsdiq edib ki, onlar Eltonun üzərinə baxış keçirilən zaman onun cibindən nə qədər pul çıxarıldığını faktiki olaraq görməyiblər, çünki orada çoxlu sayda MTN işçisi olub, onlar isə otaqda deyil, ondan kənarda olublar. Bundan 70 metr aralıda olan digər otaqda eyni gündə həbs olunan başqa iki nəfərin üzərinə sərhəd xidməti əməkdaşları tərəfindən baxış keçirilirdi. Onlar deyirlər ki, biz şahidlərik, onlar qaçıblar və ora-bura baxıblar və aydın şəkildə heç nə görməyiblər. İmza atan zaman isə onlara bildiriblər ki, imzalayın, sizə aidiyyəti yoxdur. Və istintaqın qalan hissəsi də bu çirkin şəkildə aparılıb", - deyə vəkil Kamandar Nəsirov bildirib.

***22:11/18 Aprel

Bu gün Xəzər Rayon Məhkəməsində Azərbaycana gələn əcnəbilərin viza rəsmiləşdirilməsi zamanı xidməti vəzifə səlahiyyətlərindən sui-istifadə edərək qanunla müəyyən edilmiş ödəmələrdən artıq məbləğdə pul almaqda təqsirləndirilən Xarici İşlər Nazirliyinin (XİN) Konsulluq idarəsinin beynəlxalq hava limanındakı viza şöbəsinin 3-cü katibi Elton Xəlilli və Nazirliyin digər əməkdaşı Anar Quliyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə görə, hakim Tərlan Əkbərovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.

Məhkəmənin hökmü E.Xəlilli 1 il 2 ay və A.Quliyev isə 1 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Onların cəzaları həbs edildiyi gündən hesablanıb və məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İctimai əlaqələr şöbəsinin yaydığı məlumata görə, həmin şəxslər 2018-ci il yanvarın 26-da keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində saxlanılıblar.


Paylaş:


Müəllif : Tarix:
19-04-2019, 08:46
  


loading...
Загрузка...