reklam
» » 3 azərbaycanlı fəal azadlığa buraxıldı - FOTO

reklam

3 azərbaycanlı fəal azadlığa buraxıldı - FOTO


Sulduz 2 nömrəli Cəza Məhkəməsinin 103-cü şöbəsi azərbaycanlı fəallar Ulduz Qasimi, Cavad Əhmədi Yekanlı və Əmir Sattari barəsində bəraət hökmü çıxarıb.

Regionxeberleri.com Axar.az-a istinadən xəbər verir ki, fəallar “qanunsuz yığıncağa qatılmaq, başqalarını yığıncağa dəvət etmək və şərfdən simvol kimi istifadə etməklə sistemin əleyhinə təbliğat aparma” ittihamı ilə aprelin 7-də mühakimə olunub.

Qeyd edək ki, adı çəkilən fəallar 2018-ci il mayın 25-də daha bir neçə fəalla birlikdə Sulduzda saxlanılıb. Dosye təşkil olunduqdan 2 ay sonra məhkəmənin prokurorluqdakı nümayəndəsi tərəfindən bağlansa da, Sulduz prokuroru təhlükəsizlik qüvvələrinin təzyiqi ilə dosyeni yenidən bərpa edərək fəalların təqib edilməsi haqda qərar qəbul etmişdi.


Paylaş:


Müəllif : Tarix:
15-04-2019, 17:23
  


loading...
Загрузка...