reklam
» » Bakıda Elinanın xatirəsinə həsr olunmuş aksiyanın qarşısı alınıb - FOTOLAR

reklam

Bakıda Elinanın xatirəsinə həsr olunmuş aksiyanın qarşısı alınıb - FOTOLAR


Bu gün Bakıda polis 162 saylı məktəbin intihar etmiş səkkizinci sinif şagirdi Elina Hacıyevanın xatirəsinə həsr olunmuş razılaşdırılmamış aksiyanın keçirilməsinin qarşısını alıb.
Virtualaz.org-ın məlumatına görə, məktəbin bir neçə şagirdi və onların valideynləri, həmçinin həlak olmuş qızın tanışları məktəbin darvazasının yaxınlığında gül düzüb və şam yandırıblar. Onlar nitq söyləməyə cəhd edən zaman polis toplaşanlardan həmin yeri tərk etməyi xahiş edib.
 
Qeyd edək ki, Elina Hacıyevanın ölümü ilə bağlı Bakı Şəhər Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci (intihar həddinə çatdırma) maddəsi üzrə cinayət işinə başlanıb. Məktəbin direktoru Sevinc Abbasova, eyni zamanda onun müavini və məktəbin psixoloqu tutduqları vəzifələrdən kənarlaşdırılıblar
280252_src
2x


Paylaş:


Müəllif : Tarix:
13-04-2019, 20:04
  


loading...
Загрузка...