reklam
» » Azərbaycanda bu dövlət rüsumlarının məbləği dəyişdi – SİYAHI

reklam

Azərbaycanda bu dövlət rüsumlarının məbləği dəyişdi – SİYAHI

 

Prezident İlham Əliyev "Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda edilmiş dəyişiklikləri təsdiqləyib.
 
Qanunda aşağıdakı dəyişikliklər edilib:
 
1. 18.11-ci maddə aşağıdakı redaksiyada verilsin:
 
"18.11. İxtiranın, faydalı modelin, sənaye nümunəsinin qeydiyyatı, patentin verilməsi və dərc olunması ilə bağlı:
 
18.11.1. ixtira üçün - 20 manat;
 
18.11.2. faydalı model üçün - 15 manat;
 
18.11.3. sənaye nümunəsi üçün - 15 manat;
 
18.11.4. patentə məxsus təsvirin düsturla birlikdə 30-dan artıq hər səhifəsi üçün - 1 manat.”.
 
2. Aşağıdakı məzmunda 18.11-1 - 18.11-9-cu maddələr əlavə edilsin:
 
"18.11-1. Patentin dublikatının və patentə görə hüquqların qismən başqa şəxsə keçməsinə dair patentin verilməsi üçün - 10 manat.
 
18.11-2. Verilmiş patentlərə dəyişiklik edilməsi üçün - 7 manat.
 
18.11-3. İxtira, faydalı model, sənaye nümunəsi ilə bağlı hüquqların verilməsi barədə müqavilələrin qeydiyyata alınması üçün:
 
18.11-3.1. bir ədəd ixtira, bir ədəd faydalı model və bir ədəd sənaye nümunəsinə dair iddia sənədi üzrə, ayrılıqda hər biri üçün - 15 manat;
 
18.11-3.2. bir ədəd ixtira patenti, bir ədəd faydalı model patenti və bir ədəd sənaye nümunəsi patenti üzrə, ayrılıqda hər biri üçün - 25 manat;
 
18.11-3.3. ixtira, faydalı model, sənaye nümunəsinə görə bir neçə iddia sənədi üçün (birdən artıq hər iddia sənədi üçün) - 10 manat;
 
18.11-3.4. ixtira, faydalı model və sənaye nümunəsinin bir neçə patenti üçün (birdən artıq hər patent üçün) - 10 manat.
 
18.11-4. Qeydə alınması, məlumatın dərci və şəhadətnamənin verilməsi üçün:
 
18.11-4.1. əmtəə nişanı üçün - 45 manat;
 
18.11-4.2. coğrafi göstərici üçün - 30 manat;
 
18.11-4.3. kollektiv nişan üçün - 60 manat.
 
18.11-5. Reyestrdə və şəhadətnamədə qeydiyyatla bağlı məlumatlarda dəyişikliklər edilməsi üçün - 25 manat.
 
18.11-6. Əmtəə nişanı və coğrafi göstəriciyə dair şəhadətnamələrin dublikatının və əmtəə nişanına hüquqların qismən başqa şəxsə keçməsinə dair şəhadətnamənin verilməsi üçün - 10 manat.
 
18.11-7. Əmtəə nişanına dair hüquqların verilməsi barədə müqavilələrin qeydiyyatı üçün:
 
18.11-7.1. iddia sənədi üzrə bir ədəd əmtəə nişanı üçün - 35 manat;
 
18.11-7.2. iddia sənədləri üzrə bir neçə əmtəə nişanı üçün (birdən artıq hər əmtəə nişanı üçün) - 20 manat;
 
18.11-7.3. qeydə alınmış bir ədəd əmtəə nişanı üçün - 60 manat;
 
18.11-7.4. qeydə alınmış bir neçə əmtəə nişanları üçün (birdən artıq hər əmtəə nişanı üçün) - 50 manat.
 
18.11-8. Patent müvəkkillərinə şəhadətnamə verilməsi üçün - 10 manat.”.
 
18.11-9. Apelyasiya şurasına etirazla müraciət edilməsi:
 
18.11-9.1. ixtira, faydalı model və sənaye nümunəsinə patentin verilməsindən imtina qərarına qarşı - 10 manat;
 
18.11-9.2. ixtira, faydalı model və sənaye nümunəsi barəsində dərc olunmuş iddia sənədinə qarşı - 6 manat;
 
18.11-9.3. ixtira, faydalı model və sənaye nümunəsinə patentin verilməsinə qarşı - 40 manat.”.
 
3. 18.34-cü maddədə "komissiyasına” sözü "şurasına” sözü ilə əvəz edilsin;
 
4. 18.48-ci maddə aşağıdakı redaksiyada verilsin:
 
"18.48. Attestasiya komissiyasının qərarına görə Apelyasiya şurasına etiraz vermək üçün - 30 manat.”.
 
5. 18.54-cü maddə ləğv edilsin.
 
6. 19-cu maddə üzrə:
 
6.1. adından "Əmtəə nişanının qeydə alınması ilə bağlı hüquqi hərəkətlər, habelə” sözləri çıxarılsın və "icazələrin” sözü "İcazələrin” sözü ilə əvəz edilsin;
 
6.2. 19.1-ci maddə ləğv edilsin.
 
Qanunda edilmiş dəyişikliklər bu gündən qüvvəyə minib. (publika,az)


Paylaş:


Müəllif : Tarix:
7-04-2019, 12:14
  


loading...
Загрузка...