reklam
» » Çılpaq videosu yayılan qızlardan biri gizlənib — Həyatı təhlükədədir

reklam

Çılpaq videosu yayılan qızlardan biri gizlənib — Həyatı təhlükədədir


Sosial şəbəkələrdə üç qızın yeyib-içmək məclisində çılpaq videosunun yayılması ilə bağlı yeni xəbərlər var. Qızlardan birinin gizləndiyi, qardaşının onu öldürmək üçün axtardığı, bacısının ərinin isə arvadını boşadığı iddia edilir.

Qızlardan biri hətta nişanlı olduğunu, yaxın aylarda ailə quracağını qeyd edib. Bu baxımdan onların etdiyi səhvdən doğan həyatı təhlükə ilə bağlı hansı addımlar atılmalıdır? Hüquq müdafiəçiləri nələr edə bilər?
Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri, hüquq müdafiəçisi Novella Cəfəroğlu bildirib ki, ilk növbədə videonu yayana cəza verilməlidir: “Kadrlardan görünür ki, o qızlar nə haldadırlar. Heç kəs onları bəraət vermir. Təbii ki, ictimai qınaq olmalıdır. Amma əzizim Fazil Mustafa deyir ki, onların saçını qırxıb, küçədə sürüsünlər. Bu, yolverilməz haldır. Qadın yolunu azırsa, kişi onu boşasın, övladından məhrum eləsin, amma saçını qırxmaq, küçələrə atmaq doğru deyil.

Eyni zamanda cəmiyyətin qınağı olmalıdır. Yüzlərlə ev var ki, gənc qızları aparırlar, hüquq-mühafizə orqanları həmin yerləri aşkarlaya bilər".

N.Cəfəroğlu sədri olduğu cəmiyyət adından qeyd etdi ki, məktəblərdə tərbiyə işləri gücləndirilməlidir:

“Qızın səhvinə görə qardaşı onu öldürəcəksə, sabah cəmiyyət o adamı bağışlayacaq ki, namus üstündə vurub. Sovet vaxtı ictimai qınaq vardı, telekanallar yanaşmasını dəyişməlidir. Bu cür həyat tərzinə açıq-saçıq filmlərin də təsiri var. O gün bir filmdə göstərir ki, hoteldə üç qız bir oğlanın qarşısında rəqs edir. Yəni TV, internet təbliğat aparır. İndi kimsə söyləyə bilər ki, onları bu addımı atmağa kasıblıq vadar edib, bu fikri qətiyyən bölüşmürəm. Həmişə yoxsulluq da olub, insanlar bir tikə çörək tapmayanda belə qeyrətini qoruyub saxlayıblar. Sadəcə, bu hərəkətlər harınlıqdandır, qınayırıq, lakin o qızların həyatına təhlükə varsa, mühafizə edilməlidirlər”.

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalovanın sözlərinə görə, polis videodakı qızların təhlükəsizliyini təmin edib:

“Sığınacaqlar öz köməyini göstərməlidir. Amma dövlətin, yoxsa QHT-lərin sığınacağı olmalıdır, bu barədə polis onları məlumatlandırır, seçim edirlər.

Məndə olan məlumata görə, Daxili İşlər Nazirliyi tərəfindən təhlükəsizlik tədbirləri görülüb, onlara sığınacaq təklif olunub və deməliyəm ki, bu məsələdə ən peşəkar DİN hərəkət elədi".

M.Zeynalova qeyd etdi ki, bəziləri çağırışlar edəndə diqqətli olsunlar:

“Bu çağırışların cinayətlə nəticələnəcəyini düşünüb ehtiyatlı olsunlar. Kimsə kütlənin xoşuna gəlmək üçün danışır, sabah cinayət olanda deyəcəklər ki, niyə tədbir görülmədi”.

Hüquq müdafiəçisi dedi ki, onlara daha əvvəllər buna bənzər hadisələrlə bağlı sığınacaq üçün müraciət edənlər olub:

“Qanunvericilik icazə verir ki, ad-soyadını, simasını dəyişsinlər.

İndi bilmirəm ki, onların həyatına təhlükə nə həddədir, amma bu hüquqları var. Ümumiyyətlə, gənclərin səhvlərinin təkrarlanmaması üçün xidmət paketləri ortaya qoyulmalıdır".(musavat.com)


Paylaş:


Müəllif : Tarix:
4-04-2019, 10:22
  


loading...
Загрузка...