reklam
» » "Hakimlərə ən azı 10 min manat maaş verilməlidir"

reklam

"Hakimlərə ən azı 10 min manat maaş verilməlidir"


“Məhkəmə süründürməçiliyi məhkəmə prosesində işlərin uzadılmasıdır”. 
 
Bunu bu gün Milli Məclisin plenar iclasında millət vəkili Qüdrət Həsənquliyev bildirib. Q.Həsənquliyev deyib ki, hakimlərin tam müstəqilliyinə nail olmaq lazımdır: 
 
“Hazırda Konstitusiya Məhkəməsi, Ali Məhkəmə və Apelyasiya Mhəkəməsinin hakimləri parlamentin razılığı ilə Prezident tərəfindən təyin edilir. Prezidentin qərarı ilə hakimliyə təyin olunan şəxsləri Məhkəmə-Hüquq Şurası necə vəzifədən uzaqlaşdıra bilər? Hazırda Məhkəmə-Hüquq Şurası tərəfindən hakimləri intizamsızlığa görə işdən çıxarmaq daha asandır, nəinki cinayət törətdikdə. Hakimlər ya 70 yaşına qədər, ya da ömürlük təyin olunmalıdır”.
 
Millət vəkili qeyd edib ki, hakimlərin iqtisadi müstəqilliyi məsələsinə də yenidən baxılmalıdır: 
 
“Əgər hakimin evi yoxlusa, evlə təmin olunmalı, xidməti avtomobil verilməlidir. Hakimlərə ən azı 10 min manat maaş verilməlidir”.
 
Millət vəkili özəl ekspertizaların cinayət işlərində tətbiq olunmamasını da düzgün saymayıb.(APA)


Paylaş:


Müəllif : Tarix:
19-11-2019, 14:17
  


loading...
Загрузка...