reklam
» » Şimal-şərq küləyi əsəcək - Belə deyirlər...

reklam

Şimal-şərq küləyi əsəcək - Belə deyirlər...


Regionxeberleri.com ETSN-ə istinadən noyabrın 17-də gözlənilən hava şəraiti haqqında məlumatı təqdim edir:

Bakıda və Abşeron yarımadasında

Dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Səhər bəzi yerlərdə zəif duman. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 6-9° isti, gündüz 12-14° isti,

Bakıda gecə 7-9° isti, gündüz 12-14° isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan yüksək 775 mm civə sütunu təşkil edəcək.

Nisbi rütubət gecə 70-80%, gündüz 60-65 % olacaq.

Azərbaycanın rayonlarında

Əsasən yağmursuz. Lakin gecə və axşam Lənkəran-Astara zonasında arabir yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4-9° isti, gündüz 11-16° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-8° isti təşkil edəcək.


Paylaş:


Müəllif : Tarix:
16-11-2019, 13:49
  


loading...
Загрузка...