reklam
» » Noyabrın 15-də fasilələrlə yağış yağacağı gözlənilir - Belə deyirlər...

reklam

Noyabrın 15-də fasilələrlə yağış yağacağı gözlənilir - Belə deyirlər...


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumatına görə:

Bakıda və Abşeron yarımadasında

Noyabrın 15-də fasilələrlə yağış yağacağı gözlənilir. Arabir güclənən mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 9-11, gündüz 12-14 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan yüksək 772 mm civə sütunundan 776 mm civə sütununa yüksələcək, nisbi rütubət 75-85 faiz olacaq.

Azərbaycanın rayonlarında

Noyabrın 15-də bəzi yerlərdə yağış yağacağı gözlənilir, ayrı-ayrı şimal və şərq rayonlarda intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gündüz yağışda fasilə olacaq. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 4-9, gündüz 11-16 dərəcə isti, dağlarda gecə gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoz

Noyabrın 15-də Abşeron yarımadasında arabir güclənən xəzri küləyi fonunda temperaturun aşağı enəcəyi və rütubətli hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.


Paylaş:


Müəllif : Tarix:
14-11-2019, 13:08
  


loading...
Загрузка...