reklam
» » Bulyoz xəstəliyinə tutulan 15 uşaq sarğı satışmazlığı ucbatından həyatını itirib

reklam

Bulyoz xəstəliyinə tutulan 15 uşaq sarğı satışmazlığı ucbatından həyatını itirib


İranda bulyoz xəstəliyinə tutulan 15 uşaq sarğı satışmazlığı ucbatından həyatını itirib.

RegionXeberleri.com AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə məlumat verən bulyoz xəstəxanasının baş həkimi Həmidrza Haşemi bildirib ki, ABŞ-ın sanksiyaları nəticəsində İran bu xəstəliyin müalicəsində istifadə edilən sarğıları idxal edə bilmir. O nəzərə çatdırıb ki, bu sarğı İsveçrənin "Milenni" şirkəti tərəfindən istehsal olunur. Sarğı materialı almaq məqsədilə şirkətə məktubla müraciət olunub. Lakin şirkətdən baş həkim H. Haşemiyə gələn cavab məktubunda bildirilib ki, "İran ABŞ-ın sanksiyaları altında olduğuna görə "Milenni" şirkəti sizə sarğı və digər dərman preparatları sata bilməz".

H. Haşemi BMT-yə müraciət edərək bu kimi antihumanist sanksiyalara son qoyulmasını tələb edib.

Xatırladaq ki, ötən il BMT-nin Haaqadakı Beynəlxalq Ədalət Məhkəməsi rəsmi Tehranın müraciətinə baxaraq İranın səhiyyə sahəsinə tətbiq olunan sanksiyaları beynəlxalq qanunlara zidd və antihumanist xarakter daşıdığını bildirmişdi. Beynəlxalq məhkəmə İranın səhiyyə sahəsinə tətbiq olunan sanksiyanın aradan qaldırılması haqqında qərar qəbul etsə də ABŞ məhkəmənin qərarını yerinə yetirmir.


Paylaş:


Müəllif : Tarix:
13-11-2019, 23:15
  


loading...
Загрузка...