reklam
» » Məşhur iş adamının qardaşı oğlu beynəlxalq axtarışa verildi

reklam

Məşhur iş adamının qardaşı oğlu beynəlxalq axtarışa verildi


Bir neçə gün öncə Kiyevdə Azərbaycan vətəndaşı Cavid Hacıyevin qətlə yetirilməsi faktı ilə əlaqədar olaraq Ukraynanın hüquq-mühafizə orqanlarına nota göndərilib.
Bu barədə "Report"a Azərbaycanın Ukraynadakı səfirliyindən məlumat verilib.

"Cinayəti törətməkdə şübhəli bilinən Əli Abdullayevin tezliklə tutularaq məhkəmə qarşısına çıxarılması üçün beynəlxalq axtarış elan edilib, əməliyyat-axtarış tədbirləri və işin gedişatı səfirliyin tam nəzarətində saxlanılır", - deyə, səfirlikdən bildirilib.

Ə.Abdullayev "Altes Qrup"un prezidenti Rüstəm Abdullayevin qardaşı oğludur.


Paylaş:


Müəllif : Tarix:
15-10-2019, 14:02
  


loading...
Загрузка...