reklam
» » Xarici vətəndaş Saratov polisinə Azərbaycan səfirliyindən saxta sənəd təqdim etdi - QALMAQAL

reklam

Xarici vətəndaş Saratov polisinə Azərbaycan səfirliyindən saxta sənəd təqdim etdi - QALMAQAL


Saratovda prokurorun materialları yoxlaması əsasında “Sənədlərin saxtalaşdırılması” maddəsi ilə cinayət işi açılıb.

Virtualaz.org rus mətbuatına istinadən bildirir ki, bu barədə prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, vətəndaşlığı olmayan şəxs Saratov vilayətində Daxili İşlər Nazirliyinin Vətəndaşlıq şöbəsinə müraciət edib. Sadələşdirilmiş qaydada vətəndaşlıq üçün ərizə yazıb. Onun Azərbaycan vətəndaşlığının olmaması Azərbaycanın Rusiya Federasiyasındakı səfirliyinin konsulluq şöbəsi tərəfindən verilmiş şəhadətnamə ilə təsdiqlənib. Ancaq onun naməlum şəxslərdən 5 min rubl müqabilində sertifikat aldığı məlum olub. Sənəddə saxta əlamətlər aşkarlanıb. Bu səbəbdən də cinayət işi açıblar.


Paylaş:


Müəllif : Tarix:
3-10-2019, 17:52
  


loading...
Загрузка...