reklam
» » Bakıda daha bir sürücü yol polisinə hücum etdi - Video

reklam

Bakıda daha bir sürücü yol polisinə hücum etdi - Video


Bakıda taksi sürücüsü yol polisinə tabesizlik göstərib.
Hadisə Niyazi küçəsi ilə İstiqlaliyyət küçələrinin kəsişməsində baş verib.
Niyazi küçəsindən sola dönmək istəyən 1991-ci il təvəllüdlü Orxan Məmmədli orada xidmət aparan YPX əməkdaşlarının göstərişinə tabe olmayıb.

Yol polisləri ona sağa hərəkət etməyi göstərsələr də, sürücü təxminən bir dəqiqə ərzində avtomobili ərazidə saxlayıb və polislə mübahisə edib. Sonra isə qəfildən avtomobildən düşərək yol polislərinə hücum edib. YPX əməkdaşı onu sakitləşdirməyə çalışsa da, Orxan Məmmədli müqavimət göstərib.

Sonda yol polisləri onu kənara çəkərək saxlamağa nail olub. Digər YPX əməkdaşı isə avtomobili təhlükəsiz əraziyə çəkib və sıxlığın qarşısını alıb.
Sürücü barəsində toplanmış materiallar baxılması üçün Səbail Rayon Məhkəməsinə təqdim olunub. Məhkəmənin qərarı ilə Orxan Məmmədli 30 gün müddətində inzibati qaydada həbs edilib. (avtosfer.az)



Paylaş:


Müəllif : Tarix:
20-09-2019, 17:13
  


loading...
Загрузка...