reklam
» » Hicran Şərifov məndən xahis edərək akreditasiya kartımı 15 dəqiqəlik istədi”-AÇIQLAMA.

reklam

Hicran Şərifov məndən xahis edərək akreditasiya kartımı 15 dəqiqəlik istədi”-AÇIQLAMA.



“Hicran Şərifov nəyə arxayın olub ciddi qanun pozuntusuna yol verib ?” başlıqlı yazıyla əlaqədar RegionXeberleri.com-un elektron poçtuna etiraz məktubu daxil olub. Yazı müəllifi Azərbaycan Güləş Federasiyasının beynəlxalq dərərcəli hakimi Əli Babayev etirazında bildirir ki;

“Bəli Hicran Şərifov məndən xahis edərək mənim akreditasiya kartımı 15 dəqiqəlik istədi.Çünki,öz akreditasiya kartını evdə unutmuşdu.Bu da normal bir haldı,hamımızda ola bilərdi,mən də oz akreditasiya kartımı evdə unuda bilərdim.Bunu qlobal problem kimi nümayiş elətdirmək həqiqətən utancvericidi.Bizim problemimiz bu olmamalıdır,təki elə problemimiz bu olsun.Axı bizim Qarabağ kimi boyük problemimiz var.
Azərbaycan idmanında böyük əməyi olan,idmançılar arasında da yüksək hörmətə sahib olan,beynəlxalq dərərcəli olimpiya 1s kateqoriyalı,qızıl fitin sahibi,polis polkovniki Hicran Şərifov bir tarixdi.Öz tariximizi qorumağı bacarmalıyıq.Dünya arenalarında bir idmançımızın cıxıb rahat,heç bir təzyiqə məruz qalmadan görüşü sona vurmasında azəri hakimlərimizin mühüm rolu var.Çünki əcnəbi hakim bilir ki,kənardan görüşü azəri hakim də izləyir.Namiq Abdullayev, Arif Abdullayev, Firdovsi Umudov, Nazim Əlicanov, Əsgərxan Novruzov, Elman Əsgərov kimi fəxri,fenomen idmançılarımızın güləşən dövrünü xatırlasaq aydın olar bizlərə ki, nə demək istəyirəm, Bugun nə xoşbəxtik ki,dünyada 7 olkədə 4 nəfər 1s olimpiya kateqoriyalı hakim var ki,biri də Azərbaycandı.”
                                                                                                                                                 
Xatırladaq ki, həvəskar güləşçi Yardımlı rayon sakini Turab Əli oğlu Rahibov RegionXeberleri.com-un elektron poçtuna məktub göndərərək Avropa Gənclər Yay Olimpiya Festivalında baş vermiş hadisə ilə əlaqədar məlumat verərək qeyd etmişdi ki, "21 iyul 2019-cu il tarixdə Avropa Gənclər Yay Olimpiya Festivalının güləş yarışının ilk günü, Güləş federasiyasının prezidenti Namiq Əliyevin VİP zonadan yarışları izləyərkən Hicran Şərifov gənc güləş hakimi Əli Babayevin akkreditasiya kartını zorakılıqla alaraq qanunu pozaraq arenaya daxil olmuşdu.Bu azmış kimi VİP zona yəni protokol zona daxil olaraq yüksək vəzifəli güləş nümayəndələrinə yaxınlaşıb heç nə baş verməmiş kimi yarışmaya tamaşa etmişdir.Bunu isə heç kəs hiss etməmişdir.Nəzərə alsaq ki, Hicran Şərifov bu mötəbər yarışlara heç hakim kimidə dəvət almamışdır.O, güləş federasiyasında da heç bir vəzifə sahibi deyil və orada işləmir. Sadəcə olaraq güləş hakimi kimi dəvət alaraq ora gəlib. Bu cinayət hadisəsini Dovlət Təhlükəsizlik Xidmətinin Anti Terror Idarəsi yoxlamalı və bu cür ciddi qanun pozuntusuna yol verən Hicran Şərifovun barəsində qanunu tədbirlər görməlidir”.

RegionXeberleri.com



Paylaş:


Müəllif : Tarix:
24-08-2019, 08:31
  


loading...
Загрузка...