reklam
» » Zaqataladakı zəlzələ ən çox bu kəndlərdə hiss edilib

reklam

Zaqataladakı zəlzələ ən çox bu kəndlərdə hiss edilib


Zaqatalada baş verən zəlzələ Qax rayonunun mərkəzində, eləcə də Güllü, Zərnə və Ləkit kəndlərində hiss edilib.
Qax Rayon İcra Hakimiyyətinin nümayəndəsinin Oxu.Az-a verdiyi məlumata görə, zəlzələ daha çox Güllü kəndində hiss olunub:

“Zəlzələnin maqnitudası Zaqatala rayon mərkəzində olduğu üçün təkanlar daha çox ora yaxın kəndlərdə - Çobankol, Muxax və digər yaşayış məntəqələrində qeydə alınıb. Amma hər hansı dağıntı yoxdur”.

Qeyd edək ki, zəlzələ yerli vaxtla saat 11:35-də Zaqatala stansiyasından 18 km cənub-qərbdə qeydə alınıb. Təkanlar episentrdə 6 bal, ətraf rayonlarda 5-3 bala qədər hiss olunub.


Paylaş:


Müəllif : Tarix:
10-08-2019, 14:10
  


loading...
Загрузка...