reklam
» » Müsavatda nə baş verir? - Arif Hacılıya sərt ittihamlar

reklam

Müsavatda nə baş verir? - Arif Hacılıya sərt ittihamlar


Müsavat Avropa Koordinasiya Mərkəzinin (AKM) yaradılması partiya daxilində narazılığa səbəb olub.

Bu barədə Müsavat Partiyasının Məclis üzvü Könül Şamilqızı şəxsi feysbuk hesabında paylaşım edib.

Onun sözlərinə görə, qısa müddət sonra bu qurum Azərbaycana siyahılar göndərməyə başlayıb. Kimsənin tanımadığı adamların olduğu siyahıdakı şəxslərin partiyaya üzv edilməsi istənilib:

““Avropanı dağıdan” təşkilatın siyahılarına bəzi Divan üzvləri qarşı çıxdılar. Buna baxmayaraq, Arif Hacılının israrları və çoxluqdakı Divan üzvlərinin səsləri ilə kimsənin tanımadığı o adamlar partiyaya üzv edildi. Niyəsini də yazım - əsasnaməyə görə, Müsavat üzvü olmayan AKM üzvü ola bilməzdi. Avropadakı “moşenniklər” sıralarını belə genişləndirirdilər. Məsələn, məlum olmuşdu ki, Müsavata üzv etdirdikləri adamlardan biri keçmiş “İrəli”çi çıxdı. Bu rəzalət ortaya çıxınca guya uzaqlaşdırdıqlarını söylədilər, amma sübutu yoxdu, əlbəttə...”

Könül Şamilqızı bildirib ki, əvvəllər başqa partiyada olanlar da “Müsavat”dan keçmiş tarixlə arayış alıblar: “Sonra məlum oldu ki, Səbuhi Hümmətov deyə əvvəlcə müsavatçı, sonra YAP-çı, sonra Sülhəddin Əkbərin partiyasına üzv olan, ardınca Qubad İbadoğlunun yanında durub Müsavatı söyən bir adam keçmiş tarixlə Müsavat üzvü arayışı alıb. Təbii ki, avtomatik olaraq da başqan aşiqi olub”.

“Bu rəzalətlərlə birlikdə bəzi partiya üzvləri Müsavat üzvlərinin olduğu qapalı feysbuk qrupunda AKM ilə bağlı şəffaflıq tələb edirlər. AKM üzvlərinin bu tələbdə bulunan Divan və Məclis üzvlərinə reaksiyası “Siz kimsiniz ki, hesabat verək” oldu. İlham Həsənin və digərlərinin bu barədəki skreenləri durur, arzu edilərsə, paylaşaram. Beləliklə, Müsavatda “paçkayla” üzvlük, arayış və AKM qaynaqlı qeyri-şəffaflıqla bağlı olduqca sərt mübahisələr başladı. Və istisnasız hər dəfə mübahisəni başladanlar Arif Hacılını dəstəkləyən, çoxunun ya özü, ya hansısa yaxını tərəfindən Avropaya göndərilmiş bir neçə troll idi. Bu troll hücumlarından sonra məlum oldu ki, Nemət Kərimli Razim Əmiraslanlının əlinə tutuşdurduğu bir siyahıyla mən daxil 5 nəfərin Məclis üzvlüyündən çıxarılmağımı istəyib. Bir neçə nəfər, o cümlədən hörmətli İkram İsrafil etiraz eləyib. Nəticədə məsələ müzakirəyə çıxarılmayıb”, - deyə Şamilqızı yazıb.

Könül Şamilqızı bildirir ki, Arif Hacılı AKM üzvlərini qorumaya alıb: “O gün Arif Hacılının əmriylə AKM üzvləri qorumaya alındı – xaricdə yaşayan müsavatçılar adıyla biz qrupdan atıldıq. AKM-çilər üçün Arif Hacılı ayrı whatsapp qrupu yaratdı – yəqin ki, sirləri çölə düşməsin deyə”.



 


Paylaş:


Müəllif : Tarix:
28-07-2019, 13:55
  


loading...
Загрузка...