reklam
» » 19 məktəbin təmiri, 8 yeni məktəb üçün 1,2 milyon?

reklam

19 məktəbin təmiri, 8 yeni məktəb üçün 1,2 milyon?


Gürcüstanın azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunda 19 ictimai məktəb əsaslı təmir ediləcək, daha 8 kənddə yeni məktəb inşa olunacaq.

Kult.az Azərtac-a istinadən xəbər verir ki, bu barədə Marneuli rayon meriyasından məlumat verilib.

Məlumatda bildirilir ki, məktəblərin bərpa və təmiri, eləcə də yeni məktəblərin tikintisi üçün büdcədən 1 milyon 820 min lari (Təxminən 1 milyon 150 min manat) vəsait ayrılıb.

Təmir-bərpa işlərinin müəyyən hissəsi “kəndə dəstək proqramı” çərçivəsində maliyyələşəcək.

Məktəblərdə həyata keçiriləcək əsas təmir işləri çərçivəsində tədris ocaqlarının dam örtüyü, qapı-pəncərələri dəyişdiriləcək, döşəmələr yenilənəcək, yeni istilik sistemi və sanitar qovşaqlar quraşdırlacaq.

Yeni məktəblər Marneulinin Tsopi, Şulaver, Qızılhacılı, Qasımlı, Kirovka, Xuldərə, Candar, Sabirkənd kəndlərində inşa olunacaq.


Paylaş:


Müəllif : Tarix:
15-03-2019, 09:32
  


loading...
Загрузка...