reklam
» » 7 nəfərin zəhərləndiyi dönərxanadan - Fotolar

reklam

7 nəfərin zəhərləndiyi dönərxanadan - Fotolar


Bakının Nərimanov rayonunda, Əhməd Rəcəbli küçəsi 21 ünvanında yerləşən "Köz dönər" kafesində dönər yeyən 7 nəfər zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzə aparılıb. Real-ın məlumatına görə, onların universitet tələbələri olduğu bildirilir. Tələbələr dərsdən sonra birlikdə dönər yeməyə gediblər.

Faktı Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov təsdiqləyib. P.Abubəkirov deyib ki, zəhərlənənlərdən ikisi Ə.Qarayev adına 2 saylı uşaq xəstəxanasına köçürülüblər.

Zəhərlənənlərin həyatı üçün təhlükə yoxdur.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi hadisə ilə bağlı araşdırmalara başlayıb.





 


Paylaş:


Müəllif : Tarix:
14-03-2019, 09:55
  


loading...
Загрузка...