reklam
» » Ermənistanın Ağdama yığdığı 10 minlik ordu haqda Azərbaycandan açıqlama

reklam

Ermənistanın Ağdama yığdığı 10 minlik ordu haqda Azərbaycandan açıqlama


Ermənistan Müdafiə Nazirliyi Dağlıq Qarabağda 10.000 silahlı qüvvənin iştirakı ilə hərbi təlimlər keçirdiyini bəyan edib.
Bu addıma reaksiya verən Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva bildirib ki, Ermənistanda müharibə tərəfdarlarının qələbə çaldığına inanmaq istəməzdi:

“Çünki bu dalana aparan bir yoldur. Xüsusilə də ATƏT-in Minsk Qrupunun həmsədrlərinin təklifi əsasında iki ölkənin xarici işlər nazirlərinin Vaşınqtonda keçiriləcək görüşü ərəfəsində Ermənistan tərəfinin bu addımları anlaşılmazdır.

Həqiqətən, Ermənistan rəhbərliyinin məntiqini anlamaq çətindir.

Bir tərəfdən Müdafiə naziri Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisində 10.000 hərbi qulluqçunun iştirakı ilə hərbi təlimlərin keçiriləyini bəyan edir. Digər tərəfdən isə bu ölkənin xarici işlər naziri Vaşınqtona münaqişənin sülh yolu ilə həlli üzrə danışıqlar aparmağa hazırlaşır.

Belə olan halda Ermənistan rəhbərliyi öz hərəkətlərinin məntiqi izahını verə biləcəkmi? İstər-istəməz Rusiya, ABŞ və Fransadan olan həmsədrlərə, bundan sonra nə? - sualı ilə müraciət etməli oluruq”.


Paylaş:


Müəllif : Tarix:
17-06-2019, 21:38
  


loading...
Загрузка...