reklam
» » Qeyri-sabit hava şəraiti nə qədər davam edəcək?

reklam

Qeyri-sabit hava şəraiti nə qədər davam edəcək?


Ölkə ərazisində müşahidə edilən qeyri-sabit hava şəraiti mayın 22-nə qədər davam edəcək.

Bu barədə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib. O bildirib ki, havanın temperaturu mayın 23-dən etibarən bu günlə müqayisədə yüksələcək:

“Axşam saatlarından etibarən şimal-qərb küləyi güclənib, bəzi yerlərdə yağış yağıb, şimşək çaxıb, bəzi yerlərdə isə yağışlar intensiv xarakter alıb və dolu düşüb. Bu cür hava şəraiti bu gün də davam edəcək. Sabah, yəni mayın 21-i gündüz saatlarında əksər rayonlarda yağıntıların tədricən kəsəcəyi gözlənilir. Mayın 22-də isə hava şəriati müəyyən qədər mülayimləşəcək və gün ərzində əksər rayonlarda əsasən yağmursuz keçəcək. Havanın temperaturu mayın 23-dən etibarən yüksələcək”.


Paylaş:


Müəllif : Tarix:
20-05-2019, 13:11
  


loading...
Загрузка...