reklam
» » Belə evdə yaşayanlar daha çox xərçəngə tutulur - ŞOK

reklam

Belə evdə yaşayanlar daha çox xərçəngə tutulur - ŞOK


Çin alimləri yeni elmi araşdırmaları ilə insanın yaşayış şəraitinin, qaldığı evin ölçüsünün, darısqallığının, hətta əşyaların sıxlığının da xərçəng yaratmasına səbəb olduğunu sübut ediblər.

Dalyan tibb universitetinin alimləri laboratoriyada siçanlar üzərində maraqlı eksperimentlər aparıblar.
Şiş hüceyrələri köçürülmüş siçanları 2 qrupa bölüblər. 1 qrupu geniş, rahat, böyük korpusa, digər qrupu dar, sıx, qaranlıq korpusa salıblar.

Darısqal, sıx kameralarda yaşayan siçanlarda hüceyrələr bədxassəli şişə sürətlə çevrildi. Rahat, geniş korpusda dolaşan siçanlarda isə əksinə, şiş hüceyrələri çox ləng inkişaf edirdi. Təcrübənin sonun bu iki qrup siçanlarda yaranmış xərçəng şişlərinin ölşüsü bir-birindən çox fərqlənirdi.

Alimlər belə nəticəyə gəldilər ki, darısqal, yarıqaranlıq, şəraitsiz kameralarda saxlanılan siçanlarda psixoloji stress səviyyəsi çox yüksəkl olub, bu da xərçəng hüceyrələrini sürətlə böyüdüb.

Bu siçanlarda daim depressiya müşahidə olunub, qanda adrenalin hormonu çox yüksək olub.
Bir sözlə, şəraitsiz, darısqal, kiçik, sıx əşyalı mənzillərdə yaşayan insanlarda da eyni proses baş verdiyindən bu insanlarda da xərçəng yaranma və orqanizmdə olan şiş hüceyrələrinin aktivləşib böyüməsi, yayılması sürətlənir.

Alimlər darısqal evi özünə dərd etməməyi, bununla barışmağı və kiçik evdə də xoşbəxt olmağın yollarını tapmağı məsləhət görür. Çünki xərçəngi böyüdən evin darlığı yox, orda yaşayan insanın bu şəraitlə barışmaması, üsyanı və daim stressdə olmasıdır./Medicina/


Paylaş:


Müəllif : Tarix:
13-04-2019, 21:15
  


loading...
Загрузка...