Şəki İnzibati-İqtisadi Məhkəməsindən növbəti özbaşınalıq Hakim Rüfət Məcidov icra başçısını “fiziki şəxs” sayır

Məhkəmə -hüquq sahəsində islahatların dərinləşdirilməsi haqqında Prezidentin 03.04.2019 tarixli sərəncamından 7 aydan da çox vaxt keçməsinə baxmayaraq, hələ də Şəki İnzibati-İqtisadi Məhkəməsinin işində heç bir irəliləyiş gözə dəymir. Əksinə, sözügedən məhkəmə instansiyası getdikcə uçurumun dərinliyinə yuvarlanmaqdadır. Bağlantılı dövlət qurumları, Ədliyyə Nazirliyi, Məhkəmə Hüquq Şurası isə seyrçi mövqeyi sərgiləməkdədirlər. Elə bu seyrçiıiyin sonuncudur ki, Şəki İnzibati-İqtisadi Məhkəməsi ümumiyyətlə tərəfləri çağırmadan, iclas belə keçirmədən məhkəmə aktları qəbul edirlər və bu aktlarla vətəndaşların Konstitusiyanın 60-cı maddəsi ilə təsbit olunan inzibati və məhkəmə təminatı hüququna qadağa qoyurlar. Xatırladırıq ki, Azərbaycan Mülki Prosessual Məcəlləsinin (MPM ) 9-cu maddəsinə görə,ədalət mühakiməsi çəkişmə, tərəflərin hüquq bərabərliyi və faktlar əsasında həyata keçirilir. ,.. məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla , sənədlərlə əsaslandırmalıdır . Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Bu tələblər İnzibati Prosessual Məcəllədə (İPM ) də təsbit olunub. Şəki İnzibati-İqtisadi Məhkəməsi isə nə İPM-in tələbinə əməl edir, nə də MPM-in. Bu məhkəmənin əməl etdiyi bircə yazılmamış “qeyri-prosessual münasibətlər qanunu”dur.

Bu ayın əvvəlində Şəki İnzibati-İqtisadi Məhkəməsinin hakimi Rüfət Məcidov lap “gül vurub”. Hakim cavabdeh Ağsu RİH başçısını vəzifəli şəxs yox, “fiziki şəxs” kimi qəbul edib, fiziki şəxsə qarşı iddianın inzibati-iqtisadi məhkəmədə baxılmasının yolverilməz olması qənaətinə gəlib. Görəsən, bu hakim testdən necə keçib? Məhkəmə hakimi bilmir ki, icra başçısı inzibati qərar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs olduğundan ona qarşı “Hərbi qulluqçuların statusu haqqında” 25.12.1991 tarixli 36 saylı Azərbaycan Respublikası qanununun 12.10 maddəsinə əsasən qaldırılan iddiaya inzibati məhkəmədə baxılmalıdır?
Bir daha xatırladaq ki, “Hərbi qulluqçuların statusu haqqında” qanunun 12.2 maddəsinə görə, Qarabağ əlillərinə, ehtiyata buraxılan hərbi quluqçulara fərdi yaşayış evinin tikintisi üçün seçdikləri yerdə ödənişsiz torpaq sahəsi ayrılmalıdır . Sözügedən qanunun 12.10 maddəsinə görə, qanunun tələbinə əməl etməyən müvafiq icra hakimiyyəti başçısına qarşı hərbi qulluqçunun məhkəməyə iddia ərizəsi ilə müraciət etmək hüququ vardır.
Görəsən, Şəki İnzibati-İqtisadi Məhkəməsinin sədri Vidadi Qasımovu və hakimlər İlqar Cabbarov, Rüfət Məcidovu qanundan xəbərsiz olmağa vadar edən nədir? Cavabdeh icra başçıları ilə qeyri-prosessual münasibətə girməkdən özgə nəsə fikirləşmək olmur. ..
Məğrur Bədəlsoy
Paylaş:
Müəllif : Redaktor
Tarix:14-11-2019, 08:38
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:14-11-2019, 08:38
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 09:35
Bu gün, 09:04
Dünən, 16:53
14-12-2019, 14:18
14-12-2019, 14:11
14-12-2019, 14:09
14-12-2019, 12:59
14-12-2019, 12:09
14-12-2019, 12:07
14-12-2019, 12:06

İrşad Abbasov direktoru olduğu Göyçay Dövlət Idarəetmə və Texnologiya Kollecində bazar açıb - İTTİHAM

"Dilqəm Əsgərov və Şahbaz Quliyevin hələ də əsirlikdə olduğu bir şəraitdə "xalq diplomatiyası"nın heç bir faydası yoxdur" - REAL MƏNZƏRƏ...

Maşınınız üçün etibarnaməni elə telefonunuzdan verəcəksiniz - Asanlaşmış qaydadan niyə narazı olanlar var?

"Viza rejiminin ikitərəfli ləğvi məsələsi hökumətin gündəliyindədir" - Abbas Musəvi

“Leş mafiyası” yenidən ayaqda - "Qanunda at, eşşək, it, pişik əti qadağan deyilsə..."

Gəncə SOS Uşaq Kəndində QANDONDURAN RƏZALƏT: - İcra Hakimiyyəti dəhşətli cinayətləri niyə gizlədir?

89 yaşlı nənənin Yeni il arzusunu çin etdilər: Qocalar evində striptiz şou - Fotolar

Vergi ilə bağlı böyük dəyişikliklər gəlir: - qəliz hesabatlar da, artıq ödəmələr də yığışır

Səkkiz ailə üzvü ilə namizəd olan bələdiyyə sədrindən imtina qərarı - Adamı bezdirdilər...