reklam
» » Azərbaycanda kişilərə qarşı şiddət nə üçün artır? - Səbəb

reklam

Azərbaycanda kişilərə qarşı şiddət nə üçün artır? - Səbəb


Azərbaycanda hər il məişət zorakılığı ilə bağlı, təxminən, 850-yə qədər cinayət işi qeydə alınır. Belə ki, 2016, 2017 və 2018-ci illər ərzində zorakılıq hallarının 86 faizi qadınlara qarşı törədilib. 14 faiz zorakılıq halı isə kişilərə qarşı olub.
Mövzu ilə əlaqədar "Lent.az"ın suallarını cavablayan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdir müavini Seymur Məmmədov bildirib ki, məişət zorakılığının baş vermə səbəbləri əsasən ailədaxili söz-söhbətlər, qadınların şiddətə məruz qalması və döyülməsidir:

“Kişilərə qarşı baş verən məişət zorakılığında isə daha çox kişinin ailə vəzifələrini yerinə yetirməməsi, evə qazanc gətirməməsi, qayınana və qayınatanın ailə şəraitinə tez-tez müdaxilə etməsi, eləcə də sözügedən tərəflərin yola getməmələri və s. səbəb göstərilir. Bütün bunlar fonunda zorakılıq yaranır və boşanma ilə nəticələnir”.

S.Məmmədov qeyd edib ki, artıq qurumda zorakılıqla bağlı icra mexanizmləri müəyyənləşir:

“Bildirim ki, respublika ərazisində olan hər bir icra hakimiyyətində Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupu fəaliyyət göstərir. Məişət zorakılığı ilə bağlı fakt aşkarlandıqda biz aidiyyəti üzrə monitorinq qrupuna müraciət göndəririk və onlar bunu araşdırırlar.

Qeyd edim ki, monitorinq qrupu üzvləri arasında icra hakimiyyətindən, polisdən, Əmək və Əhalinin Sosial Müdafiəsi, Təhsil və Səhiyyə nazirliklərindən nümayəndələr olur. Zorakılıq halının araşdırılmasında bütün qurumlar birləşir nə nəticələr bəlli olduqdan sonra problemin həlli hansı qurumun üzərinə düşürsə, onunla ayrıca olaraq o məşğul olur".

Müdir müavini əlavə edib ki, zorakılığın dərəcəsi ağır olduqda zərərçəkmiş şəxsə mühafizə orderi verilir:

“Bu order zərərçəkmiş şəxsin hüquqlarını müdafiə etmək üçündür. Order qısamüddətli ( 1ay) verildikdə, əgər qarşı tərəf əməlindən əl çəkmirsə, bu zaman icra hakimiyyətinin təşəbbüsü ilə məhkəməyə müraciət edilir və orderin müddəti 180 günə (6 ay) qədər artırılır. Bunun şərtləri isə daha ağırdır. Belə ki, uzunmüddətli orderdən sonra yenə də şiddətə davam edilirsə, burada polis birbaşa işə qarışır”.


Paylaş:


Müəllif : Tarix:
22-09-2019, 14:47
  


loading...
Загрузка...