reklam
» » “İCRA BAŞÇISI TÖVSİYƏ ETDİ Kİ, AVROPA MƏHKƏMƏSİNƏ GET…” – Həkim-cərrahdan Ali Məhkəməyə cavab

reklam

“İCRA BAŞÇISI TÖVSİYƏ ETDİ Kİ, AVROPA MƏHKƏMƏSİNƏ GET…” – Həkim-cərrahdan Ali Məhkəməyə cavab

“Çox hörmətli Allahverdi müəllim! Mənin ittihamlarıma Sizin cavabınız heç bir sənədə və qüvvədə olan qanunvericiliyə (mənzil, mülki) istinad edilmədən, fikirləşmədən, düşünmədən, həmin işlə tanış olmadan tələsik, səthi və səhv təqdim edilmiş, oxucularda yanlış təsəvvür yaratmaq məqsədi daşımışdır”. Bu fikirlər həkim-cərrah Qafar İskəndərovun “AzPolitika.info” saytına göndərdiyi növbəti məktubdan götürülüb.
Xatırladaq ki, tibb elmləri üzrə fəlsəfə doktoru, Rusiya Proktoloqlar Cəmiyyətinin, Çexiya Həkimlər Birliyinin və Avropa Endoskopik Cərrahlar Birliyinin üzvi Qafar Bədəlxan oglu İskəndərovun ölkə Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya ünvanladığı müraciət “AzPolitika.info” saytıın 19 sentyabr 2019-cu il tarixli sayında“Hakimin mənə göndərdiyi təklifdən şoka düşdüm…” başlığı altında yayımlanıb.
Qafar İskəndərov həmin müraciətində Bakıdakı evinin “Regal” MTK tərəfindən qanunsuz olaraq söküldüyünü, ona heç bir kompensasiya verilmədiyini, bununla bağlı qaldırdığı məhkəmə iddialarına qanuni şəkildə baxılmadığını bildirib. Əsas ittihamları isə yeli məhkəmənin çıxardığı kompensasiyanın ödənilməsi barədə qərarı ləğv edən Ali Məhkəmənin hakimlərinə yönəldib.
1476130747_allehverdi-aztv-1Bu müraciətə cavab olaraq “AzPolitika.info”ya Ali Məhkəmədən göndərilən məktubda tikinti şirkətinə və məhkəmələrə qarşı yönəlmiş ittihamlara münasibət bildirilib. Ali Məhkəmənin mətbuat katibi Allahverdi Məmmədlinin imzası ilə saytımıza daxil olan məktub isə dünən – sentyabrın 20-də yayımlanıb.
Qafar İskəndərov da məhz Ali Məhkəmənin məktubuna cavab olaraq yenidən saytımıza müraciət edib. Həkim-cərrah Ali Məhkəmənin cavabının “düşülmədən yazılan təkzib” olduğunu qeyd etdikdən sonra yazır: “Mənim qaldırdığım ittihamlar təkçə Ali Məhkəmənin hakimlərinə deyil, həm də Nəsimi Rayon Məhkəməsinin hakimi Pərviz Hüseynova və məqalədə adları çəkilən Apellyasiya Məhkəməsinin hakimlərinə qarşıdır. Siz verdiyiniz cavabda “Qafar İskəndərovun dəyən maddi və mənəvi ziyanı “Regal” MTK və Fəridə İskəndərovadan tələb etdiyini” qeyd edirsiniz. İşlə tanış olsaydınız, mənim bu zərəri yalnız “Regal” MTK-dan tələb etdiyimi görərdiniz!
Digər tərəfdən, Fəridə İskəndərovanın iş üzrə cavabdeh olmasını geyd edirsiniz. Ancaq iş üzrə əsas cavabdeh “Regal” MTK şirkətidir.
Qeyd edirsiniz ki, “ev mülkiyyətdə olmamışdır və Qafar İskəndərov Bakıya gəlmədiyinə görə 17 may 2017-ci il tarixdə qızı ilə müqavilə bağlanmışdır”. Lakin nəzərinizə catdırıram ki, mən Qafar İskəndərəv 29 il müddətində həmin ünvanda yaşamışam. Evim heç bir zaman qəzalı vəziyyədə olmamışdır. Verdiyiniz cavab yenə də Sizin işlə tanış olmadığınızı göstərir.
Qeyd edirsiniz ki, mən Bakıya gəlmədiyim üşün üşün F.İskəndərəva ilə müqavilə bağlanıb. Bu da düz deyil. Məhkəməyə MTK-nın iş icraçısı “Seyid” Fərəclə, eləcədə şirkətin hüquqşünası ilə danışıqlarımın səs yazısını audio və çap olunmuş formada təqdim etmişəm. İşlə tanış olsaydınız, bunları görə bilərdiniz. Bu danışıqlarda mən 23 may 2017- ci il tarixində Bakiya gələcəyimi məlumat vermişəm. Bunları görmədiyiniz və ya hakimlər kimi Siz də özünüzü görməzliyə vurduğunuz üçün həmin faktları mətbuat vasitəsilə Sizə təqdim edirəm (Whatsapp audio yazı və çap olunmuş danışıq, aviabilet, pasportda Bakıya daxil olmamı təsdiq edən möhür).
Audio Player00:00
Use Left/Right Arrow keys to advance one second, Up/Down arrows to advance ten seconds.
00:00
Use Up/Down Arrow keys to increase or decrease volume.


Əgər Siz hakimlər (Nəsimi rayon Məhkəməsinin, Apellyasiya Məhkəməsinin və Ali Məhkəmənin hakimləri bu materialları nəzərdən keçirsə, qulaq assaydılar görərdilər ki, mən nə qızıma, nə də digər bir şəxsə hər hansı formada (nə şifahi , nə yazılı şəkildə) bu müqaviləni bağlamaq razılığını verməmişəm! Lakin müqavilə əsassız olaraq Dövlət Notariusu Hüseynzadə Kəmalə tərəfindən Mülki Məcəllənin 144.1.-ci maddəsi və Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 49 cu bəndinin pozulması ilə bağlanmışdır (Artıq 13 saylı Notariat Kontorunun dövlət notariusu haqqında qanunları pozduğu üçün polis və prokurorluq orqanlarına müraciət etmişəm)”.
Qafar İskəndərov Ali Məhkəmədən göndərilən məktubda onun evinin mülkiyyət sənədinin olmamasına dair fikirlərə də münasibət bildirib: “Mənim evimin mülkiyyət hüququnun olmadığını qeyd edirsiniz. Mənə dövlət orqanı tərəfindən texniki pasport verilib, məhkəmə tərəfindən qeydiyyata alinmam haqqında qərar çıxıb. Elə bu mülkiyyət hüqüqunun tanınması deməkdir. Məqaləmdə qeyd etmişdim ki, əgər mənim mülkiyyətim dövlət ehtiyacları üçün sökülsəydi (dövlət belə bir iş görməyib) mən məmnuniyyətlə razı olar və heç bir iddia qaldırmazdım. Lakin bu mülki sökən və mənə hal-hazirda 957.081 manat (16 sentyabr 2019- cu il tarixədək) maddi ziyan və 500.000 mənəvi ziyan vuran bir özəl şirkətdir.
Digər tərəfdən, Siz Ali Məhkəmənin mətbuat katibi və Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin professorusunuz. Siz tələbələrə Azərbaycan Respublikasının Konstitusiyasından, məhkəmə qanunlarından dərs keşən bir ziyalısınız. Siz məndən də yaxşı bilirsiniz ki, Konstitusiyada  məhkəmənin qərarı olmadan heç bir şəxsin mülkiyyətindən məhrum edilə bilməyəcəyi təsbit edilib (Ehtiyac varsa bu yaxında keçirəcəyim mətbuat konfransına Sizi də dəvət edib, Konstitusiyanın həmin maddələrini göstərərəm).
Həmçinin mənim işimlə əlaqədar hakimlərin səhv, qərəzli mövqe tutmalarını sənəd və dəlillərlə sübuta yetirə bilərəm. Ali Məhkəmənin hakimi mənə bu sözləri demişdir: “Gəlmisən evin sökülüb, get qohumlarının evində qal” (Məhəmə zalında yazılıbsa video yazını araşdırın).
Digər tərəfdən, qeyd edirsiniz ki, 17 may 2017-ci ildə müqavilə bağlanıb. Ancaq nəzərinizə çatdırım ki, ev 16 may 2017- ci il tarixdə qanunsuz olaraq, heç bir hüquqi sənəd olmadan sökülmüşdür. Halbuki, Azərbaycan Respublikasının Prezidentinin verdiyi fərmanda, Nazirlər Kabinetinin verdiyi qərarda və hətta Nəsimi rayon icra başçısının “Regal” MTK ilə bağladığı müqavilədə evlərin söküntüsünun vətəndaşla razılaşma əsasında aparılması qeyd olunub. Bunu şirkətin məhkəməyə təqdim etdiyi sənədlər də təsdiq edir (sənədin sürəti əlavə olunur). Dediyiniz müqavilə isə əsassız olduğu üçün ləğv edilib.
3
Eyni zamanda Sizin nəzərinizə çatdırım ki, evimdən əlavə mən həmin sahə üçün torpar vergisi də ödəmişəm. Apellyasiya Məhkəməsində iddia qaldırsam da, torpaq üçün qiymətləndirilmə aparılmayıb (torpaq vergisi ödəmək haqqında arayışlar əlavə olunur). Evimin yerləşdiyi ərazidə bir sot torpağın giyməti 300-500 min manat arasında dəyişir.
Bundan əlavə Nəsimi Rayon Məhkəməsinin çıxardığı gərar düzgun olmamışdır. Mənim evim 143  kvadrat metr olduğu halda, 113  kvadrat metr əsasında qiymətləndirmə aparılmışdır. Yəni mən 66.630 manat (altmış altı min alti yüz otuz ) itirmiş oluram. Yazırsınız ki, evində 50.000 dollar olub. Siz və hüquq-mühafizə orqanları buna şübhə ilə yanaşır, ancaq biləsiniz ki, mənim aylıq maaşım 9100 dollardır (doqquz min yüz )”.
Qafar İskəndərov bir daha məhkəmələrin çıxardığı qərarların düzgün olmadığını bildirir: “Çox hörmətli Allahverdi müəllim, bəzi danışıqlar haqqında mən açıqlama vermirəm. Lakin Ali Məhkəməyə mənim tərəfimdən Nəsimi Rayon Məhkəməsinin və Apellyasiya Məhkəməsinin 8 bənd üzrə baxmadığı haqda yazılı məlumat təqdim edilib (müraciətin surəti əlvə olunur). Lakin Ali Məhkəmənin hakimləri Azərbaycan Respublikası Prezidentinin verdiyi fərmanın əksinə qərar cıxarmışlar. Çox təəssüflər olsun!”
скачанные файлыQafar İskəndərov məktubunun sonunda Nəsimi Rayon İcra Hakimiyyətinin başçısının ona verdiyi təklifdən söz açıb: “Fürsətdən istifadə edərək məlumat verim ki, Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov qəbul günü olmasa da, müraciətim internetdə yayılmazdan oncə məni qəbul etdi. Lakin mən qəbula getməyimə peşman oldum. Çünki Asif Əsgərov da mənə mübarizəmi Avropa hüdudlarında, yəni Avropa Məhkəməsində aparmağı tövsiyə etdi”.
Qafar İskəndərov bildirir ki, yazdıqları sənədlərə istinad edilərək əsaslandırılmışdır: “Nəzərinə çatdırım ki, artıq Apellyasiya Məhkəməsindən kassasiya şikayəti vermişəm. Yaxın gunlərdə isə Konstitusiya Məhkəməsinə Ali Məhkəmənin qərarının ləğv edilməsi haqda sikayətimi verəcəyəm.
Hörmətli Ali Məhkəmənin mətbuat katibi, professor Allahverdi Məmmədli, inanıram ki, yazdıgım cavaba qarşı qərəzsiz faktlara asaslanan təkzib verəcəksiniz. Bu yaxınlarda keçirəcəyim mətbuat konfransında iştirak etməklə öz sözlərinizi deyə, diskussiyada iştirak edə də bilərsiniz. Sizə dəvət göndərəcəyəm”.
texpasport_page-0001
torpag vergisi_page-0001
torpag vergisi_page-0002
Yahoo Mail - Mytickets.ae_ Your itinerary receipt _ Booking KCSWK6_page-0001
Yahoo Mail - Mytickets.ae_ Your itinerary receipt _ Booking KCSWK6_page-0002
New Doc 2019-09-19 21.13.22_1_page-0001
 



Paylaş:


Müəllif : Tarix:
21-09-2019, 12:45
  


loading...
Загрузка...